Sual-Cavab

Sizin Suallarınız

Tez-tez verilən suallar

Pasiyentlərimiz tərəfindən ən çox verilən sualları və əməliyyat prosesləri ilə bağlı maraqlandıran bütün detalları bir araya topladıq.

Sualınız cavabsız qaldı?

Əgər axtardığınız cavabı tapa bilmədinizsə, bizimlə birbaşa əlaqə saxlayaraq ətraflı məlumat ala bilərsiniz.

WhatsApp ilə yazın

Blefaroplastika əməliyyatından sonra bərpa müddəti nə qədərdir?

Blefaroplastika (Göz qapağı estetikası) sonrası ilkin bərpa müddəti adətən 7-10 gün çəkir. Bu müddət ərzində yüngül şişkinlik və göyərmələr ola bilər ki, bu da tamamilə normaldır. 1 həftə sonra tikişlər sökülür və pasiyent rahatlıqla gündəlik həyatına qayıda bilir. Tam nəticə isə 1-2 ay ərzində özünü göstərir.

Qaşgərmə əməliyyatından sonra iz qalırmı?

Xeyr, nəzərəçarpacaq bir iz qalmır. Əməliyyat zamanı kəsiklər saç dibindən və ya qaşın içərisindən (gizli nahiyələrdən) edildiyi üçün sağalma prosesindən sonra izlər tamamilə görünməz olur. Peşəkar yanaşma ilə estetik olaraq qüsursuz nəticə əldə edilir.

Bullhorn (Dodaq qısaltma) kimlərə uyğundur?

Burun ilə üst dodaq arasındakı məsafəsi (philtrum) ideal ölçüdən uzun olan və üst dodağı sallanmış, həcmini itirmiş şəxslər üçün ən ideal əməliyyatdır. Bu prosedurla məsafə qısaldılır, üst dodaq yuxarı doğru çevrilərək daha dolğun və təbii gənc görünüş qazanır.

Əməliyyat zamanı ağrı hiss edəcəyəmmi?

Əməliyyat əksər hallarda lokal (yerli) anesteziya və ya xəstənin istəyindən asılı olaraq ümumi anesteziya altında həyata keçirilir. Buna görə də prosedur zamanı qətiyyən heç bir ağrı və ya narahatlıq hiss etmirsiniz. Əməliyyatdan sonrakı yüngül sızıltılar isə ağrıkəsicilərlə asanlıqla idarə olunur.

Konsultasiya üçün nə etməliyəm?

Konsultasiyaya yazılmaq çox sadədir. Saytımızdakı "Randevu Al" bölməsindən formanı doldura bilər və ya birbaşa WhatsApp nömrəmizə (+994 55 977 88 74) yazaraq uyğun gün və saat üçün qəbula yazıla bilərsiniz. Həkimimiz sizi əyani müayinə edərək ən doğru müalicə planını seçəcək.